30 milyon avroluq oğurluq: Keşiş tutuldu
Bizi izləyin

Dünya

30 milyon avroluq oğurluq: Keşiş tutuldu

İtaliyada vergidən yayınma və çirkli pulların yuyulmasında təqsirkar bilinən 10 nəfər, o cümlədən, 30 milyon avro dəyərində fırıldaqçılıqda şübhəli bilinən keşiş həbs olunub.

Publika.az xəbər verir ki, bu barədə askanews məlumat yayıb. Argentinalı 64 yaşlı keşiş Patrisio Benvenuti özünün xeyriyyə fonduna vəsait köçürmək xahişi ilə insanlara müraciət edərək 30 milyon avro toplayıb. Lakin o, bu vəsaiti xeyriyyə deyil, özü üçün xərcləyib. Araşdırmalara görə, keşişin aldatdığı şəxslər arasında 300-dən çox insan var.

Benvenuti Geniyada Kanar adalarına getmək üçün təyyarəyə minərkən həbs olunub.

Qeyd edək ki, daha əvvəl İtaliyada işlədiyi katolik xəstəxanasından 4 milyon avro oğurlamaqda təqsirkar bilinən keşiş həbs olunmuşdu.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm