Fransa PKK-ya havadarlıq etdi
Bizi izləyin

Dünya

Fransa PKK-ya havadarlıq etdi

Fransa Türkiyəni Suriyadakı PKK-çıların bombalanmasını dayandırmağa çağırıb.

Fransa xarici işlər nazirliyinin fevralın 14-də yaydığı bəyanatda deyilir ki, bu günlərdə Münhendə əldə olunan barışığa əsasən, Suriyada hərbi əməliyyatlar dayandırılmalıdır.

Türkiyə ordusu ikinci gündür ki, Suriyanın şimalındakı kürd birləşmələrinin mövqelərini bombalayır.

Böyük Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqları Mərkəzi iki kürd döyüşçüsünün öldüyünü xəbər verir.

Türkiyənin baş naziri Əhməd Davudoglu şənbə günü bildirib ki, Türkiyəyə birbaşa təhlükə olan qüvvələr vurulur.

Qeyd edək ki, Ankara Suriya kürdlərinin “Demokratik Birlik Partiyası”nın uzun illərdir ki, Türkiyədə müstəqillik uğrunda silahlı mübarizə aparan PKK ilə əlbir olduğunu deyir.

Səudiyyə Ərəbistanı isə bu arada “İslam Dövləti” qrupu ilə mübarizə üçün Türkiyənin “İncirlik” bazasına hərbi təyyarələr göndərəcəyini bəyan edib.

Bunu general Ahmed al Assiri fevralın 13-də “Əl Ərəbiyə” televiziyasına müsahibəsində deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm