Türkiyə qanlı döyüş yolunda – “Cəhənnəmin qapıları” açılır – ŞOK PROQNOZ/VİDEO
Bizi izləyin

Dünya

Türkiyə qanlı döyüş yolunda – “Cəhənnəmin qapıları” açılır – ŞOK PROQNOZ/VİDEO

“Türkiyə və Səudiyyə Ərəbistanı qanlı Suriya müharibəsinə daxil olur. Bütün tərəflər diqqəti İŞİD-i məğlub etməyə yönəltməlidir”.

Publika.az xəbər verir ki, bunu Suriyada quru əməliyyatlarının başlama ehtimalını şərh edən İngiltərənin “Times” nəşri “Cəhənnəmin qapıları” başlıqlı yazısında qeyd edib.

“Suriyadakı döyüşlər müvəqqəti atəşkəs razılaşmasının mürəkkəbi qurumadan geri döndü. Türkiyə iki gündür kürd birliklərini bombalayır”, - “Times” nəşri yazıb.

Səudiyyə Ərəbistanının Türkiyənin İncirlik hava bazasına hərbi təyyarələr göndərdiyini xatırladan ingilis nəşri Rusiyanın yeni bir dünya müharibəsi xəbərdarlığını etdiyini qeyd edib: “Görünən odur ki, yeni bir Şərq-Qərb hesablaşması yaxınlaşır. Bütün tərəflərə müharibənin əsas məqsədinin İŞİD-i məğlub etmək və Suriyanın parçalanmamalı olduğunu xatırlatmaq zamanıdır. Suriyanın gələcəyi mövzusunda narahat olduğunu iddia edən bütün güclərin əsas məsələsi Hələbin müdafiəsi olmalıdır. Çünki Hələb Rusiyadan hava dəstəyi alan Suriya, İran və “Hizbullah” tərəfindən mühasirəyə alınıb. Hələbin itirilməsi və əhalisinin aclıq təhlükəsi var”.

“Times” nəşri Türkiyə və Rusiyanın hazırda qarşıdurma yolunda olduğunu bildirib: “Qılınclar 2015-ci ilin noyabrında Rusiya təyyarəsinin vurulması ilə çəkilmişdi. Rusiya Suriyanın şimalına xarici hərbçilərin daxil olmasını qəbuledilməz hesab edir. Türkiyənin sərhədlərindəki döyüş yaxın vaxtlarda kürdlərin hücumu ilə nəticələnə bilər. Türkiyə də NATO-nu köməyə çağıra bilər. Bu halda Rusiya və NATO qarşı-qarşıya gələcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm