Rusiya polisinin İstanbulda nə işi var?
Bizi izləyin

Dünya

Rusiya polisinin İstanbulda nə işi var?

Bu gün Türkiyənin "Fənərbağça" və Rusiyanın "Lokomotiv" komandaları arasında keçiriləcək futbol üzrə Avropa Liqasının ilk 1/16 final matçında ictimai asayiş və təhlükəsizliyin təmin edilməsinə Rusiya polisi də cəlb olunub.

Publika.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən açıqlama verilib. Açıqlamada bildirilir ki, İstanbulda oyun zamanı asayişin qorunması və təhlükəsizliyin təmin olunması üçün Türkiyənin hüquq-mühafizə orqanlarından Rusiya polisinin mütəxəssislər qrupuna dəvət gəlib. Hər iki ölkədə bu idman hadisəsinə azarkeşlərin böyük marağını nəzərə alaraq, sorğu müsbət cavablandırılıb.

Türkiyəli həmkarlarına Rusiya polisinin Moskva üzrə əməkdaşları kömək edəcəklər. Onlar təhlükəsizliyin təmin olunması sahəsində böyük təcrübəyə malikdirlər. İstanbulda Moskva klubunun 50-70 azarkeşinin olacağı gözlənilir.

Qeyd edək ki, cavab görüşü fevralın 25-də Moskvada keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm