III Dünya müharibəsi – Qlobal gücləri qarşılaşdıracaq 4 PARTLAYIŞ
Bizi izləyin

Dünya

III Dünya müharibəsi – Qlobal gücləri qarşılaşdıracaq 4 PARTLAYIŞ

İngiltərənin “Times” nəşri Suriya münaqişəsinə cəlb olunan beynəlxalq güclərin maraqlarını və qarşıdurma ehtimalını şərh edib.

Publika.az xəbər verir ki, nəşr qlobal gücləri içinə çəkən yeni bir dünya müharibəsinin başlana biləcəyini bildirib.

“Yeni bir dünya müharibəsi fərqli güclərin müttəfiqlərini qorumaq üçün böhrana daxil olması ilə başlana bilər. Suriyanın şimalında bu an yaxınlaşır. Hələb döyüşü Əsədin gələcəyini müəyyənləşdirəcək”, - “Times” yazıb.

Nəşrə görə, Suriya böhranında 4 partlama nöqtəsi var.

1. Hər fürsətdə silah çəkən Türkiyə: Ankara Yaxın Şərq siyasətinin çökdüyünü başa düşür. Türkiyə ümid edir ki, Azez mahalı müxalif qrupların bazasına çevirəcək. Əgər Azez kürdlərin əlinə keçsə, bu halda Türkiyəyə rəqib bir dövlət qurmaq üçün güclü mövqeyə sahib olacaqlar. Türkiyə buna mane olmaq üçün quru qüvvələrini göndərə və nəticədə NATO ilə Rusiya gücləri arasında müharibə riski yarana bilər. NATO Türkiyənin izi ilə gedərmi? Xeyr. Amma bir rus təyyarəsi Türkiyənin hava məkanına girərsə və nəticədə hava döyüşü başlayarsa, Ankara NATO-nu kollektiv müdafiəyə çağıra bilər. Və böyük müharibə daha da yaxınlaşar.

2.Putin Ərdoğana qarşı: Rusiya Türkiyəyə mane olmaq niyyətindədir. Rusiya 5 min kürd döyüşçüsünü silahlandırıb və Türkiyədən Suriya müxalifətinə yük aparan TIR-ları vurur. Azez dəhlizi bağlanarsa, Rusiya digər keçidlərin bağlanması üçün Əsəd güclərinə kömək edəcək. Rusiya və Suriya rejimi türkmanlara qarşı etnik təmizliyə başlayarsa, türk ictimai rəyi ruslarla qarşıdurma riskinə baxmayaraq ölkə hakimiyyətindən hərəkətə keçməyi istəyəcək.

3.Putinin qumarı: Türkiyəni kürdlərə qarşı hərbi əməliyyatlara təhrik etmək Putinin bir oyunu ola bilər. Bu kürdləri Əsəd, İran və “Hizbullah”la birlikdə Rusiya ittifaqına istiqamətləndirəcək. Bu vəziyyətdə Qərb İŞİD-ə qarşı cəbhədəki tək təsirli gücündən məhrum olacaq və tarazlıq Əsədin lehinə dəyişəcək. Nəticədə Qərb fikrini dəyişdirməyə və ABŞ Suriyaya quru gücləri göndərməyə məcbur ola bilər. Bu vəziyyətdə Türkiyə-kürd döyüşü ABŞ-Rusiya döyüşünə çevrilər.

4.Səudiyyə Ərəbistanı İrana qarşı: Sürpriz məqam Səudiyyənin İncirlikdəki aviasiya gücüdür. Bu gücün yaxınlaşmaqda olan Hələb döyüşündən daha çox Rakka üçün hazırlaşdığı deyilir. Suriyaya quru qüvvələrini göndərməsindən danışan Ər-Riyadın döyüşə daxil olması dönüş nöqtəsi ola bilər. Bu halda ruslar Səudiyyənin döyüş təyyarəsini vurar, iranlılar da pilotu ələ keçirər. Şiələr sünnilərə, Rusiya da NATO-ya qarşı. Sonrasını proqnozlaşdırmaq qeyri-mümkündür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm