Bu gözəlin prezidentliyinin bir ili tamam oldu – VİDEO/FOTO
Bizi izləyin

Dünya

Bu gözəlin prezidentliyinin bir ili tamam oldu – VİDEO/FOTO

Xorvatiyanın ilk qadın prezidenti, mühafizəkar Kolinda Grabar-Kitarovicin fəaliyyətinin bir ili tamam olub. O, şəxsi həyatındakı bir sıra maraqlı cəhətləri, qeyri-adi xüsusiyyətləri ilə tez-tez xarici medianın, habelə sosial şəbəkələrin gündəmini zəbt edir.

Publika.az xəbər verir ki, ötən il keçirilən əlavə turda rəqibi, prezident İvo Josipovici məğlub edən qadın 21 min səs üstünlüyü ilə qalib gəlib.

Bundan sonra ölkəni daha dörd il (2020-ci ilə qədər) idarə edəcək Grabar-Kitarovic seçicilərin 50 fazi səsini toplayıb.

O, 1968-ci ilin aprelində Xorvatiyanın kiçik Rijeka kəndində qəssab ailəsində anadan olub. Anası evdar qadın olub.

Orta məktəbdə əla qiymətlər alan, bir sıra fənnləri mükəmməl mənimsəyən Kolinda gözəlliyi ilə də həmyaşıdlarından seçilib. O, 17 yaşında ABŞ-ın Corc Vaşinqton Universitetinin “Fulbright” proqramının təqaüdçüsü olub.

Zarqeb Universitetinin fəlsəfə fakültəsini bitirən gənc sonradan siyasi elmlərə də maraq göstərməyə başlayıb. Bütün bunlar onun profilini dəyişməsi ilə nəticələnib. Universitetin siyasi elmlər fakültəsinin magistraturasını bitirən Kolinda siyasi karyeraya 1992-ci ildə başlayıb. Əvvəlcə Xorvatiyanın Elm və Texnologiya Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin əməkdaşı kimi çalışan qadın sonra Xarici İşlər Nazirliyində müşavir olub.

Grabar-Kitarovic 1995-ci ildə Xarici İşlər Nazirliyinin Şimali Amerika Departamentinin direktoru vəzifəsinə təyin edilib. 1997-ci ildən 2000-ci ilə qədər Xorvatiyanın Kanadadakı səfirliyinin və diplomatik müşavirini müavini vəzifəsində işləyib.

O, Xarici İşlər Nazirliyinə nazir müşaviri kimi dönüb.

2003-cü ilin noyabrında Grabar-Kitaroviç Xorvatiya parlamentinə seçilib və elə həmin ilin dekabrında Avropaya inteqrasiya naziri təyin olunub. 2005-ci ilin fevralında Xorvatiyanın xarici işlər naziri kimi yüksək vəzifəyə sahiblənən qadının əsas vəzifəsi ölkəsini Avropa İttifaqı və NATO-ya istiqamətləndirmək idi.

2008-2011-ci illərdə Xorvatiyanın Amerika Birləşmiş Ştatlarında səfiri olmuş Kolinda Grabar-Kitaroviç 2011-ci ilin 4 iyul NATO baş katibinin ictimai diplomatiya üzrə müavini vəzifəsinin icrasına başlayıb. Avro-Atlantik diplomatiya və təhlükəsizlik məsələləri üzrə mütəxəssis sayılan Kolinda Grabar–Kitaroviç 2015-ci ilin 15 fevralında Xorvatiya prezidenti kimi işə başlayıb.

Onun Katarina (2001-ci il təvəllüdlü) və Luka (2003-cü ildə dünyaya gəlib) adlı iki övladı var.

Xorvatiya, habelə Qərb mətbuatı Kolinda Grabar-Kitarovicin şəxsi fotolarını tez-tez dərc edir, onunla bağlı yenilikləri diqqət mərkəzində saxlayır.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm