Xamenei seçkilərlə bağlı fitva verdi: "Haramdır..."
Bizi izləyin

Dünya

Xamenei seçkilərlə bağlı fitva verdi: "Haramdır..."

İranın Ali dini lideri Xamenei 26 fevralda keçiriləcək seçkilərlə bağlı fitva verib.

Axar.az xəbər verir ki, bu barədə Xameneinin internet səhifəsində fitva yayımlanıb.

Ali dini lider seçki qutusuna boş anket atmağın haram olduğunu, həmçinin seçkilərdə iştirak etməyin hər bir kəs üçün fərz olduğunu vurğulayıb.

Xameneinin verdiyi fitvada aşağıdakı cümlələr yer alıb:

* Seçkilərdə iştirak etmək islami və ilahi bir vəzifədir.

* Qadının səs verməsi ərinin izninə tabe deyil.

* Seçkilərdə namizədlərin arxasınca danışmaq haram deyil.

Xatırladaq ki, İranda fevralın 26-da parlament seçkiləri keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm