Obama: “Bu iş şouya bənzəməz”
Bizi izləyin

Dünya

Obama: “Bu iş şouya bənzəməz”

ABŞ prezidenti Barak Obama Nyu Hempşir ştatında ilkin seçkiləri qazanan Donald Trampın prezident ola bilməyəcəyini bildirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Obama Amerika xalqına tam olaraq inandığı üçün bu cür fikirləşdiyini deyib.

Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) toplantısında danışan Obamanın fikrincə, seçici ABŞ prezidentliyinin ciddi bir iş olduğunu çox yaxşı bildiyi üçün Trampı seçməyəcək.

“Bu iş şouya bənzəməz. Bu iş bir satış kampaniyası da deyil. Prezidentlik çətin bir işdir. Prezidentlik vəzifəsi kəskin sözlər və sizi hər gün xəbər bülletenlərinə daşıyacaq açıqlamalar anlamına gəlməz”, - ABŞ prezidenti söyləyib.

Donald Trampın isə Obamaya cavabı gecikməyib: “Amerikaya bu qədər zərər verən bir prezident tərəfindən tənqid olunmağımı iltifat kimi qəbul edirəm”.

Respublikaçılar Partiyasının namizədi olan milyarder prezident seçiləcəyi halda Meksika ilə sərhəddə divar inşa edəcəyini, müsəlman miqrantları ölkəyə buraxmayacağını və ABŞ-da yaşayan 11 milyon qeyri-qanuni miqrantı ölkədən çıxaracağını bildirib.

Keçirilən son rəy sorğularına görə, Tramp respublikaçı namizədlər arasında öndə gedir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm