ŞOK: ABŞ Ankarada terror törədənləri müdafiə etdi
Bizi izləyin

Dünya

ŞOK: ABŞ Ankarada terror törədənləri müdafiə etdi

Amerika Birləşmiş Ştatları 28 nəfərin ölümünə səbəb olan Ankaradakı terror aksiyasının təşkilatçısı YPG-ni müdafiə edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Barak Obamanın beynəlxalq təhlükəsizlik məsələləri üzrə müşaviri Ben Rodes Ağ Evdə keçirdiyi mətbuat konfransında açıqlama verib.

O deyib ki, ABŞ PKK-nın Suriya qolu PYD-nin hərbi birliyi olan YPG-ni terror təşkilatı kimi tanımır və bu birliyə yardımlarını bundan sonra da davam etdirəcək. “Bu barədə dəfələrklə Türkiyə tərəfinə də açıq şəkildə bəyan etmişik”, - Rodes əlavə edib.

Qeyd edək ki, fevralın 18-də Türkiyənin paytaxtı Ankara şəhərində Ordu Baş Qərargahının yaxınlığında içərisində hərbçilər olan avtobus partladılıb. Nəticədə 28 nəfər həlak olub, 60-dan çox adam yaralanıb.

Türkiyənin baş naziri Əhməd Davudoğlu terror aksiyasının arxasında PKK terror təşkilatının bir qolu olan YPG-nin dayandığını bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm