"Zika" virusu yayılan ölkələrə 150 milyon dollar ayrılacaq
Bizi izləyin

Dünya

"Zika" virusu yayılan ölkələrə 150 milyon dollar ayrılacaq

Dünya Bankı Zika virusunun yayılmasından zərər çəkən Latın Amerikası və Karib dənizi ölkələrinə 150 milyon dollar ayıracaq.

AZƏRTAC təşkilatın yaydığı məlumata istinadla xəbər verir ki, maliyyə vəsaiti regionda tibbi və profilaktik tədbirlərin aparılmasına sərf ediləcək. Məlumatda qeyd olunur ki, vəsaitin məbləği bu ölkələrin maliyyə ehtiyaclarına uyğundur və hökumətlərlə məsləhətləşmələr əsasında müəyyən edilib.

Dünya Bankının hesablamalarına görə, Zika virusu 2016-cı ildə ölkələrə ümumilikdə 3,5 milyard dollar zərər vuracaq. Buna əsas səbəb isə turizmin azalmasıdır.

Zika virusu adıçəkilən regionda 55 ölkədən 20-də yayılıb. Aedes aegypti ağcaqanadlarının yaydığı bu virus xüsusilə hamilə qadınlar üçün təhlükəlidir. Bu xəstəlik körpələrin beyin qüsurları ilə doğulmasına səbəb olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm