Dünya
İngiltərə kraliçası məhkəmə qarşısında
Hindistandan oğurlanan və İngiltərə kraliçası Viktoriyaya hədiyyə edilən 148 milyon dollarlıq almaz üçün məhkəmə iddiası qaldırılıb.
Publika.az xəbər verir ki, hindistanlı vəkillər kraliça Yelizavetanı oğurluğu davam etdirməkdə günahlandırırlar.
Hindlilər iddia edirlər ki, “İşıq dağı” mənasını verən 105 karatlıq almaz ingilislər tərəfindən 1869-cu ildə Hindistanda müstəmləkəçilik siyasəti həyata keçirildiyi zaman oğurlanıb.
İngiltərə isə bu almazın 1850-ci ildə kraliça Viktoriyaya hədiyyə edildiyini iddia edir. İndi həmin almaz kraliça II Yelizavetanın tacındadır. Hindistanlı iş adamları, vəkillər və sənətçilər kraliçanın bu məsələdə cavab verməli olduğunu iddia edir.
“Rubric Lois King” hüquq firmasının vəkili Satiş Jaku İngiltərə məhkəmələrindən istədikləri cavabı almadıqları təqdirdə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edəcəklərini bəyan edib. Vəkilin sözlərinə görə, 2009-cu ildə İngiltərə Parlamenti bu tip işlərlə bağlı qərar qəbul edib. Belə ki, həmin qərarda İngiltərənin oğurladığı sənət əsərlərinin geri qaytarılmalı olduğu göstərilib.
Bollivud aktyorlarından Bhumicka Sinqh o almazın ölkənin tarixinin bir parçası olduğunu, geri qaytarılmazsa, kraliçanı daha çətin vəziyyətə salmaq üçün əllərindən gələni edəcəklərini deyib.
Krallıq ailəsi ilə almazı geri qaytarmamaq qərarındadır. Bunun üçün ölkənin ən məşhur hüquq müdafiəçilərini bir yerə toplayıblar. Kraliça II Yelizaveta bununla bağlı xüsusi toplantı keçirib və bu almazın mənəvi dəyərinin böyük olduğunu deyib.
Gülxar
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR