Ankara terroru ilə bağlı 14 nəfər həbs olundu
Bizi izləyin

Dünya

Ankara terroru ilə bağlı 14 nəfər həbs olundu

Ötən həftə Ankarada törədilən qanlı terror aktında şübhəli bilinən 14 nəfər barəsində məhkəmə tərəfindən həbs qərarı çıxarılıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Ankara terrorunda şübhəli bilinən 21 nəfər fevralın 21-də Ankara Ədliyyəsinə gətirilərək ifadələri alınıb. Daha sonra şübhəlilər Ağır Cinayətlərə Dair Məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə 21 nəfərdən 7-si sərbəst buraxılıb, 14 nəfər barəsində isə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, həbs olunan şübhəlilər terror təşkilatına kömək etməkdə, rəsmi sənədləri saxtalaşdırmaqda, rəhbərlik etdikləri ictimai qurum və təşkilatların vasitəsi ilə fırıldaqçılıq etməkdə ittiham olunurlar.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm