Saakaşvili Ukraynadakı ambisiyalarından danışdı
Bizi izləyin

Dünya

Saakaşvili Ukraynadakı ambisiyalarından danışdı

"Mənim Ukraynada ambisiyalarım baş nazir postundan daha böyükdür".

Publika.az xəbər verir ki, bu barədə Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Gürcüstanın "Rustavi 2" telekanalına müsahibəsində deyib. Saakaşvili qeyd edib ki, onun iddiası yeni oyun qaydalarının möhkəmlənməsidir, Ukrayna hökumətinin başçılığı ilə yeni siyasi elitanın yaradılmasıdır.

O deyib ki, ətrafına "çoxlu gənc, perspektivli parlament üzvünü, QHT nümayəndəsini, jurnalisti, müxtəlif regionların liderlərini, nazir müavinlərini və bir-iki nazir toplayıb.

"Bu insanlar bir niyyətlə birləşiblər - ölkədə hər şeyi dəyişdirmək," - deyə Saakaşvili əlavə edib.

Jurnalistin "bəs bu birlik parlament seçkilərində iştirak edəcək yeni partiyaya çevrilə bilərmi" sualına cavab olaraq Saakaşvili deyib ki, bu, partiya deyil, "təxminən vaxtilə Polşadakı "Solidarnost" və Gürcüstandakı "Vahid Milli Hərəkat" kimi bir hərəkatdır.

"İndi bizim əsas vəzifəmiz elə etməkdir ki, hakim elita çəkilib yerini yeni adamlara versin."

Saakaşvili ətrafındakı insanlardan bir çoxunun parlament seçkilərində iştirak edəcəyini də istisna etməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm