
"Mars" və "Snickers" şokoladlarının istehsalçısı
Almaniya bazarında satılan məhsullarını geri qaytarır.
Buna səbəb şokolad batonlarının içində plastik aşkar
olunmasıdır.
İstehsalçının bəyanatında deyilir ki, şirkət müştərilərinin
keyfiyyətsiz mallar istehlak etməsini istəmir.
"Mars" və "Snickers"lə yanaşı, Almaniya bazarından, həmçinin "Milky Way Minis", "Milky Way Miniatures" şokoladları və "Celebrations" konfetləri çıxarılacaq. Onların etiketlərindəki istifadə müddəti 2016-cı il iyunun 19-dan 2017-ci il yanvarın 8-dək göstərilib. (Trend)