Kremlin “qırmızı xətt”inə zərbə - müqavilə imzalandı
Bizi izləyin

Dünya

Kremlin “qırmızı xətt”inə zərbə - müqavilə imzalandı

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və Varşava Polşanın şimalında yerləşən Redzikovo qəsəbəsində raketdən müdafiə sisteminin qurulması layihəsi çərçivəsində ilkin müqaviləni imzalayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Redzikov hərbi aerodromda işlər 9 aprel 2018-ci il tarixinə kimi başa çatmalıdır.

Müqavilənin dəyəri 182 milyon dollardan yuxarıdır. “Aegis Ashore” raket əleyhinə müdafiə sisteminin ən əhəmiyyətli elementləri, həmçinin radarlar və SM-3 işəsalma qurğusu ABŞ-ın AMEC “Programs Inc” şirkəti tərəfindən təmin edələcək.

Bundan başqa, layihə çərçivəsində dəyəri təxminən 100 milyon dollar olan ofislər, yaşayış yerləri, anqarlar və başqa obyektlər tikiləcək. Burada ABŞ Hərbi Dəniz Donanmasının təxminən 300 piyadası və mülki mütəxəssislər yerləşdiriləcək.

Qeyd edək ki, raket hücumundan müdafiə sisteminin Polşa ərazisində yerləşdirilməsi haqqında razılaşma 2008-ci ildə imzalanıb. ABŞ-ın bu planına Moskva qəti şəkildə qarşı çıxır və Rusiyanın milli təhlükəsizliyi üçün təhdid adlandırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm