Bağdadinin alman arvadı qaçdı
Bizi izləyin

Dünya

Bağdadinin alman arvadı qaçdı

İŞİD terror qruplaşmasının lideri Əbubəkr Bağdadinin arvadlarından biri qaçıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “As-Sumariya” telekanalı bildirib.

Telekanalın məlumatına görə, alman Diana Kryuger İraqın şimalinda yerləşən Ninova vilayətindəki düşərgədən naməlum şəraitdə yoxa çıxıb. Onun iki köməkçisi ilə birlikdə qaçdığı bildiilir.

Bağdadi arvadının yerinin müəyyənləşdirilməsi üçün elit dəstənin ayrılması barədə göstəriş verib. İŞİD döyüşçülərinə alman qadını müşayiət edənlərin hamısının saxlanılması barədə əmr edilib.

Telekanal qeyd eir ki, Bağdadi və Kryugerin toyu ötən il oktyabrın 8-də Ninova vilayətində tam məxfi şəraitdə olub. Kryuger qadınların işləri üzrə İŞİD-in şəriət məhkəməsinin başçısı vəzifəsini icra edirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm