Dünya
Nazir: “İntim münasibətə...”
İsveçin səhiyyə naziri Qabriel Vikström sosial şəbəkədə yazdıqları ilə ölkənin gündəminə zəbt edib.
“Twitter” istifadəçilərindən biri seks zamanı səs-küy salaraq ətrafdakıları narahat edən qonşusundan şikayət edərək Qabriel Vikströmə bu sualla müraciət edib: “Saat 10-dan sonra riskli idman hərəkətlərini qadağan edə bilərsiniz?”
Publika.az xəbər verir ki, səhiyyə naziri bu qeyri-adi suala gözlənilməz şəkildə cavab verib: “Məncə onlar üçün belə yaxşıdır. Həm onların sağlamlıqları, həm də cəmiyyət üçün faydalıdır”.
Daha sonra ölkənin tanınmış saytlarından birinə açıqlama verən nazir məsələyə aydınlıq gətirib: “Əminəm ki, qonşularımızın etdikləri bir çox hərəkət bizi əsəbiləşdirir. Ancaq səs-küylü seksə qarşı aqressiv reaksiya vermək lazım deyil. Bildiyiniz kimi, İsveçdə doğuş sayı getdikcə azalır. Üstəlik son 20 ildə İsveçdə cütlüklər arasındakı aylıq cinsi akt sayı da 24 faiz azalıb. Təbii ki, hökumət insanlara ayda neçə dəfə seksə ehtiyac olduğunu deyə bilməz. Ancaq bu vəziyyətə səbəb stress, təzyiq və insanların fiziki baxımdan özlərini bəyənməməsi səbəb olur. Ona görə də, xoşbəxt cütlüklərə ehtiyacımız var”.
Xatırladaq ki, Qabriel Vikström vəzifəyə gəldiyi gündən etibarən, gənc və yaraşıqlı olması səbəbilə, sadəcə öz ölkəsində deyil, Türkiyə və Azərbaycanda da geniş müzakirələrə səbəb olmuşdu.
Ləman Sultan
-
Qoroskop01:40Günün ulduz falı: geri çəkilib plan qurmaq faydalı olacaq
-
Nida Xəbər 00:47Bakıda müşahidə olunan dronlarla bağlı ekspert açıqlaması - Bu, açıq-aşkar göstərir ki...
-
Sosial00:25Bu gün İlaxır çərşənbədir
-
Sosial16 Mart 23:00İşləyənlərin nəzərinə: 19 martla bağlı qərar verildi
-
Sosial16 Mart 22:18Bakı metrosunda yeni qadağa: 30 manat cərimələnmək istəmirsizsə... - Foto
-
ABŞ16 Mart 21:39Trampdan bu ölkələrə çağırış: Gəlib bizə kömək edin!
-
Ekologiya16 Mart 21:26Güclü maqnit qasırğası baş verəcək - Xəbərdarlıq edildi
-
İnanc16 Mart 19:30Ramazanın 27-ci günü: Dua, imsak və iftar vaxtı






























