Keçmiş arvadı Bağdadi ilə yaşadıqlarını danışdı
Bizi izləyin

Dünya

Keçmiş arvadı Bağdadi ilə yaşadıqlarını danışdı

İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin keçmiş arvadı onunla yaşadığı həyat barədə danışıb.

Virtualaz.org bildirir ki, bu barədə "The Independent" nəşri yazıb.

“Mən normal ailə başçısına ərə getmişəm — universitet professoruna (...) O, işə gedirdi və evə ailəsinin yanına qayıdırdı. O, heç bir müqavimət hərəkatlarında iştirak etmirdi. Keçmiş ərimin dünyanın ən təhlükəli ekstremist təşkilatının başçısı olması mənim üçün hələ də müammadır”, - 28 yaşlı Saca əd-Duleymi deyib.

Qadının sözlərinə görə, Bağdadi çox sirli insandır. “Onunla normal danışmaq mümkün deyildi (...) Mən onu sevmirdim, onunla xoşbəxt deyildim və bu səbəbdən ondan ayrıldım. Həmçinin bu, Bağdadinin birinci arvadına qarşı haqsızlıq idi. O, çox narahat olurdu”, - deyə nəşr qadının dediklərindən sitat gətirir.

Saca əd-Duleymi İŞİD başçısı ilə 2009-cu ildə nikaha girib. Onların evliliyi cəmi 3 ay davam etsə də Saca əd-Duleymini Bağdadinin ən məşhur arvadlarından biri sayılırdı. Üzünə hicab geyməyən Saca dünyanın hər yerindən qadınları, onlara sədaqətli ər və şərəfli həyat vədi ilə İŞİD-ə qoşulmağa çağırırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm