İt Britaniyanın ən yüksək hərbi mükafatını aldı
Bizi izləyin

Dünya

İt Britaniyanın ən yüksək hərbi mükafatını aldı

Əfqanıstanda xidmət zamanı ayağını itirən ovçarka xidməti heyvanlar üçün mükafat alıb.

Publika.az BBC-yə istinadən xəbər verir ki, 12 yaşlı “Lukka” ləqəbli alman ovçarkası Mariya Dikin medalı ilə mükafatlandırılıb.

Mükafatın verilməsi mərasimi Londonun mərkəzində keçirilib. Medalı itə PDSA şirkətinin direktoru Yan Maklaflin verib. O, “Lukka”nın “hərbi xidmətdə sədaqəti və qoçaqlığını” yüksək qiymətləndirib.

Altı il aktiv xidmət keçən “Lukka” İraq və Əfqanıstanda 400-dən çox missiya yerinə yetirib. İt hazırda təqaüddədir. “Lukka”nın təlimçisi Kris uillinq Kaliforniyada yaşayır.

Böyük Britaniyada heyvanlar üçün ən yüksək hərbi mükafat olan “Mariya Dikin” 1943-cü ildə təsis edilib. Mükafat bu vaxta kimi 67 heyvana - 31 it, 32 poçt göyərçini, üç at və bir pişiyə verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm