Anadolu Universitetinin rektoru Qarabağdan danışdı – FOTOLAR
Bizi izləyin

Dünya

Anadolu Universitetinin rektoru Qarabağdan danışdı – FOTOLAR

Türkiyənin Anadolu Dövlət Universitetinin rektoru, professor Naci Gündoğan son günlər ermənilərin cəbhə xəttində törətdiyi təxribatların qarşısını alarkən şəhid olan insanlarla bağlı Azərbaycan xalqına və dövlətinə başsağlığı verib.

Publika.az xəbər verir ki, rektor N.Gündoğan başsağlığını Anadolu Universitetinin Azərbaycan Proqramlarının koordinatoru Azər Hətəmov ilə telefon əlaqəsi saxlayaraq bildirib.

Rektor özünün və universitetin bütün professor, müəllim heyəti adından şəhidlərimizə Allahdan rəhmət diləyib: “Azərbaycanımızın haqlı davasında hər zaman qardaşlarımızın yanında olduğunu bildirir, son hadisələr zamanı şəhid olan əsgərlərimizə Allahdan rəhmət, yaralılarımıza da şəfalar diləyirəm. Baş nazir Əhməd Davutoğlunun da bildirdiyi kimi, Türkiyə 78 milyon əhali olaraq sonadək Azərbaycanın yanındadır”.

Koordinator Azər Hətəmov isə dəstək və həmrəyliyә görә rektor Naci Gündoğana təşəkkür edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm