Bu cür öldürürlər - baş kəsmə, zəhər inyeksiyası...
Bizi izləyin

Dünya

Bu cür öldürürlər - baş kəsmə, zəhər inyeksiyası...

2015-ci ildə dünyada rekord sayda edam həyata keçirilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Amnesty International” hüquq müdafiə təşkilatının məruzəsində deyilir.

Məruzədə bildirilir ki, 2015-ci ildə edamlar əvvəlki illə müqayisədə 1,5 dəfə artıb. Baxmayaraq ki, bu göstərici üzrə lider olan Çin statistikanı məxfiləşdirib. Lakin söhbət minlərlə edamdan gedir.

2015-ci ildə ən azı 1634 insan edam edilib. 2014-cü ildə isə 1061 edam qeyd alınıb. 2015-ci ildə edamlar ən çox Çin, İran, Pakistan, Səudiyyə Ərəbistanı və ABŞ-da olub.

Bundan başqa, məruzədə bildirilir ki, İran həddi-buluğa çatmamış cinayətkarların edamına görə lider olub.

Hüquq müdafiəçiləri qeyd edirlər ki, sözügedən ölkələrdə məhkəmə prosesləri beynəlxalq standartlara uyğun deyil. Xüsusi halda, ifadələrin alınması və işgəncələrin verilməsində başqa metodlardan istifadə olunur.

Hazırda ölüm hökmlərinin icrasında dörd metoddan istifadə olunur: baş kəsmə, asma, zəhər inyeksiyası və güllələnmə.

Eyni zamanda məruzədə bildirilir ki, müsbət tendensiyalar da özünü göstərir. 2015-ci ildə Madaqaskar, Konqo və Surinam Respublikası ölüm cəzasını ləğv edib. 2015-ci ilin sonuna olan məlumata görə, bütün dünya üzrə həbsxanalarda ölüm cəzasına məhkum olunanların sayı ən azı 20 min 292 nəfərdir.

Belarus Avropada ölüm cəzasını ləğv etməyən yeganə ölkədir. Amma buna baxmayaraq, 2015-ci ildə ölkədə heç bir edam olmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm