“Trabzonspor” azarkeşlərindən Qarabağa dəstək
Bizi izləyin

Dünya

“Trabzonspor” azarkeşlərindən Qarabağa dəstək

“Trabzonspor” azarkeşləri “Başakşehir”lə matçdan əvvəl Trabzonun mərkəzində toplanıblar.

Publika.az-ın məlumatına görə, Azərbaycan və Türkiyə bayraqları ilə dəstəyə gələn azarkeşlər "Qarabağ səninləyik”, “İki dövlət tək millətik" şüarları səsləndiriblər.

Son zamanlar cəbhə xəttində baş verən hadisələrlə əlaqədar hər zaman Azərbaycanın yanında olduqlarını bildirən fanatlar axşam “Başakşehir” klubu ilə qarşılaşmada dəstəyi stadionda da davam etdirəcəklərini vurğulayıblar.

Qeyd edək ki, “Trabzonspor” – “Başakşehir” matçı bu axşam, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm