Bəşər Əsəd bu gün seçki keçirir
Bizi izləyin

Dünya

Bəşər Əsəd bu gün seçki keçirir

Bu gün Suriyada parlament seçkiləri keçiriləcək.

Publika.az xəbər verir ki, seçkilərin keçirilməsi ilə bağlı qərar bir müddət öncə Suriya prezidenti Bəşər Əsəd tərəfindən qəbul edilib.

Seçkilər Bəşər Əsədin nəzarətində olduğu bölgələrdə təşkil olunacaq.

Seçkilərdə namizədliyi irəli sürülən şəxslər Bəşər Əsəd hakimiyyətinə yaxın iş adamları, tanınmış tayfa üzvləri, jurnalistlər və din adamlarıdır.

Eyni gün İsveçrənin Cenevrə şəhərində isə Suriyada keçid hökumətin qurulmasına dair növbəti danışıqlar başlayacaq. Müzakirənin əsas məqsədi BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 2254 saylı qərara uyğun olaraq, 6 ay müddətində Suriyada keçid hökumətinin qurulması, 12 ay ərzində isə yeni Konstitusiyanın hazırlanması və daha sonra ölkədə ədalətli seçkilərin keçirilməsidir.

Qeyd edək ki, Rusiya və ABŞ bu ilin avqustuna kimi Suriyada siyasi keçid üçün əsaslar və yeni ölkə konstitusiyasının ilkin variantını hazırlamaq barədə razılığa gəliblər.

Xatırladaq ki, Suriya parlamentinə bundan öncəki seçkilər 2012-ci ildə keçirilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm