Silahlı insident – 20 ölü
Bizi izləyin

Dünya

Silahlı insident – 20 ölü

Sudanın Cənubi Darfur əyalətində iki qəbilə arasında yaranan münaqişə zamanı 20 nəfər həlak olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən əyalətdə yaşayan “Ez-Zureykat” qəbiləsinin silahlıları “El-Mealiya” qəbiləsinə hücum ediblər.

Cənubi Darfur əyalətinin Hor Taan bölgəsində baş verən silahlı insident zamanı hər iki tərəfdən insanlar həlak olub. Silahlı münaqişə nəticəsində ümumilikdə 20 nəfər həyatını itirib.

Xatırladaq ki, Sudanda “Ez-Zureykat” və “El-Mealiya” qəbilələri arasında münaqişə 2003-cü ildən bəri davam edir.

Sonuncu dəfə 2015-ci ildə Sudan hökumətinin çağırışı ilə qəbilələr arasında sülh razılığı imzalansa da, ancaq problem müsbət həllini tapa bilməyib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm