Klinton və Trampdan növbəti qələbə
Bizi izləyin

Dünya

Klinton və Trampdan növbəti qələbə

ABŞ prezidenti postuna iddiaçı demokrat Hillari Klinton və respublikaçı Donald Tramp Nyu-York ştatında praymerizi (partiyadaxili ilkin seçkilər) udublar.

Publika.az xəbər verir ki, bu haqda “Reuters” agentliyi bildirib.

Klinton demokrat seçicilərin 57,4, Tramp isə respublikaçı seçicilərin 59,9 faizinin səsini qazanıb.

İyul ayında ABŞ-ın iki əsas siyasi qüvvəsi Demokratlar Partiyası və Respublikaçılar Partiyasında ümummilli qurultaylar keçiriləcək. Qurultaylarda partiyaların prezidentliyə namizədləri seçiləcək. Prezidentin seçkiləri 8 noyabr 2016-cı il tarixinə təyin edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm