Neft mədənində dəhşətli partlayış: 3 ölü, 136 yaralı (YENİLƏNİB) – FOTOLAR/VİDEO
Bizi izləyin

Dünya

Neft mədənində dəhşətli partlayış: 3 ölü, 136 yaralı (YENİLƏNİB) – FOTOLAR/VİDEO

Meksikanın cənub şərqindəki Verakruz əyalətinin Koatzakoalkos liman şəhərində yerləşən nəhəng neft mədənində partlayış baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, partlayış hadisəsi nəticəsində ən azı 3 nəfər ölüb, 136-dan çox adam isə yaralanıb.

Dövlətə məxsus “Pemex” neft şirkətinə aid olan neft mədənində baş verən partlayışın dəqiq səbəbi hələlik məlum deyil.

Yanğın nəticəsində çıxan tüstü ətraf ərazidə böyük təhlükə yaradıb. Mədəndə çalışan yüzlərlə işçi və ətraf ərazilərdə yaşayan minlərlə insan bu səbəbdən təxliyə olunur. Bundan əlavə, mədənə yaxın olan məktəblər və digər iaşə obyektləri də bağlanılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm