DƏHŞƏT: Ana yeni doğulmuş körpəsini sobaya atıb yandırdı
Bizi izləyin

Dünya

DƏHŞƏT: Ana yeni doğulmuş körpəsini sobaya atıb yandırdı

Rusiyanın Xabarovsk vilayətinin Polina Osipenko kəndinin 33 yaşlı sakini ana olduqdan dərhal sonra yeni doğduğu körpəsini sobaya ataraq yandırıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Xabarovsk prokurorluğundan bildirilib.

Prokurorun böyük köməkçisi Valentin Qlazovun sözlərinə görə, faktla bağlı cinayət işi qaldırılıb.

Məlumata görə, kənd sakini körpəni istehsal bazasının ərazisindəkı qızdırıcı vaqonunda doğub. Qadın doğuşdan dərhal sonra körpəni sobanın içinə atıb.

Körpə yanaraq ölüb. 33 yaşlı qadın bundan sonra onun yanmış meyitini küçə ayaqyolusuna atıb.

Bunu görən yerli sakinlər dərhal polisə məlumat veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm