Dünya
“Seçkilər göstərdi ki, Fətullah Gülənin siyasi nüfuzu şişirdilib”
Türkiyədə keçirilən bələdiyyə seçkiləri hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qələbəsi ilə başa çatdı. Müxalifət seçkilərdən əvvəl “Ərdoğan dövrünün bitdiyi” yönündə mesajlar verməsinə baxmarayaq, 12 illik AKP iqtidarı dövründə növbəti dəfə məğlub oldu. Ancaq bir sıra təhlilçilər bu seçkilərdə yalnız müxalifətin deyil, həm də Gülən camaatının məğlub olduğunu bildirir.
Publika.Az – ın verdiyi xəbərə görə, Türkiyənin Karabük Univesitetindən doktor Ələsgər Ələsgərlinin “Amerikanın səsi” radiosuna seçkilərlə bağlı şərhi də bu istiqamətdədir.
Ə.Ələsgərlinin fikrincə, seçkilər Fətullah Gülənin siyasi nüfuzu şişirdildiyini göstərdi. “Türkiyədə keçirilən bələdiyyə seçkiləri gözləntilərdən xeyli fərqlənmədi. Səsvermənin nəticələri korrupsiya ittihamları ilə üzləşən hakim Ədalət və İnkişaf Partiyasının cəmiyyətdə hələ də güclü dayaqlara malik olduğunu ortaya qoydu”, - o, bildirib.
Ə.Ələsgərlinin sözlərinə görə, seçkilərin nəticələrində müəyyən
dəyişikliklər olacağını ifadə edən fərqli fikirlər olsa da,
Türkiyədə mövcud olan siyasi konyekturanın və qüvvələr balansının
çox dəyişməyəcəyi Aydın idi. F.Gülən tərafdarlarının seçkilərin
nəticələrinə təsir göstərib-göstərmədiyinə gəlincə, Ə.Ələsgərli
Gülən tərəfdarlarının həm kadrlaşmada, həm də bir mərkəz ətrafında
toplaşmaqda çətinlik çəkdiklərini dedi. O, habelə digər dini
icmalarla Gülən davamçıları arasında iri məsafə olduğunu qeyd
edib.
Seçkilərin nəticələrinin qarşıdan gələn prezident seçkilərinə necə istiqamət verəcəyini şərh edən ekspertin sözlərinə görə, nəticələri 2009-cu ilin bələdiyyə seçkiləri ilə deyil, 2011-ci ilin parlament seçkiləri ilə müqayisə etmək lazımdır:
“Çünki səsvermənin xarakteri və baş verən yeniliklər göstərir ki Ədalət və İnkişaf Partiyasının səslərində təxminən 6 faiz geriləmə müşahidə olunub. Ancaq səslərin azalmasına baxmayaraq, hakim partiyanın prezidentliyə irəli sürəcəyi namizədin qalib gəlmək ehtimali böyükdür”.
Ömər Dağlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR