Moskva Alparslan Çelik barədə materialları istintaqa göndərdi
Bizi izləyin

Dünya

Moskva Alparslan Çelik barədə materialları istintaqa göndərdi

Suriyada Rusiya pilotunun qətli faktı üzrə materiallar istintaq orqanlarına göndərilib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Baş prokurorluğun rəsmi nümayəndəsi Aleksandr Kurennoy jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hərbi prokurorluq hadisədən dərhal sonra Su-24 bombardmançı təyyarəsinin pilotu Oleq Peşkovun ölümü ilə əlaqəsi olan şəxslər barədə informasiya toplamağa başlayıb. Prokurorluğun nümayəndəsi qeyd edib ki, bu informasiyalar gələcəkdə həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına imkan verəcək.

Qeyd edək ki, Rusiya Türkiyə vətəndaşı Alparslan Çeliki SU-24 təyyarəsindən paraşütlə tullanan pilotu öldürməkdə ittiham edir. Rusiya mətbuatının yazdığına görə, Çelik hər yerdə axtarılır.

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 14 Dekabr 2015-ci ildə verdiyi bəyanatda təyyarədən tullanan pilota atəş açan şəxsi müəyyənləşdirdiklərini, bu şəxsin Türkiyə vətəndaşı olduğunu açıqlamışdı. 33 yaşlı Alparslan Çelik 2015-ci ilin əvvəllərində Suriyaya keçərək Bayırbucak türkmanlarına qoşulub.

Lakin Alparslan Çelik bu iddiaların yalan olduğunu deyib.

Alparslan Çelik martın 31-də Türkiyədə saxlanılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm