İŞİD-in Əhməd Davudoğluna sui-qəsd planı ifşa olundu
Bizi izləyin

Dünya

İŞİD-in Əhməd Davudoğluna sui-qəsd planı ifşa olundu

Türkiyənin baş naziri Əhməd Davudoğluna qarşı Konyada iştirak edəcəyi tədbirdə hazırlanan sui-qəsd planının üstü açılıb.

"Milliyet" qəzetinin yazdığına görə, Suriyadan olan İŞİD terror qruplaşmasının 9 üzvü sui-qəsd üçün ərazidə kəşfiyyat apararkən saxlanılıb. Onlardan birinin qadın olduğu bildirilir.

Məlumatda qeyd olunur ki, Davudoğluna qarşı sui-qəsd hazırlayan kamikadzelər iki aydır hazırlıq işləri aparırmış.

Xəbərdə o da bildirilir ki, polis sui-qəsd planından xəbərdar imiş və onları daima nəzarətdə saxlayırmış.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm