Dünya
İranda bəhai bacılar tutulub
İranda bəhai dininə mənsub bacılar Nəva Xülusi və Nika Xülusinin tutulduğu bilinib.
“Media forum” saytının məlumatına görə, ETTELAAT-ın Məşhəd
şöbəsinin əməkdaşları martın 30-da Nəva Xülusini evində tutub
aparıblar. Evdə yoxlama aparılıb, bəhai dini ilə bağlı kitablar və
bir sıra digər şəxsi əşyalar götürülüb.
ETTELAAT əməkdaşları həmin gün valideynləri ilə səfərdə olan bacısı
Nika Xülusini Ramsər şəhərində tutub bilinməz istiqamətə
aparıblar.
Bundan əvvəl Məşhəd məhkəməsi hər iki bacını bəhai dininə mənsub
olmaqda və sistemə qarşı təbliğat aparmaqda günahlandıraraq onları
həbsə (Nika Xülusini 6 il, Nəva Xülusi 4 il yarım) məhkum etsə də,
onlar mülk girovu qarşılığında müvəqqəti azadlığa
buraxılmışdılar.
İran Konstitusiyası bəhai dinini bir din kimi tanımır.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu