“Putinin qvardiyası” Donbasa yeridildi - KƏŞFİYYAT
Bizi izləyin

Dünya

“Putinin qvardiyası” Donbasa yeridildi - KƏŞFİYYAT

“Ukraynanın şərqinə Rusiya Milli Qvardiyasının bölməsi gəlib”.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat İdarəsi bildirib.

Kəşfiyyatçıların məlumatına görə, “Putin qvardiyası”nın Donbasda meydana çıxması burada olan Rusiyanın 2-ci ordu korpusunun hissələrində hərbi intizam və mənəvi-psixoloji vəziyyətin aşağı səviyyədə olması ilə bağlıdır.

Qeyd edək ki, prezident Vladimir Putin aprelin 5-də Milli Qvardiyanın yaradıldığını elan edib. Daxili Qoşunların tərkibində qurulan qvardiya yeni federal orqan kimi fəaliyyət göstərəcək. Quruma Putinin yaxın dostu general Viktor Zolotov başçılıq edir.

Rəsmi Moskvanın, daha dəqiqi, Putinin izahı belədir ki, Milli Qvardiya terrorizmə, mütəşəkkil cinayətkarlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq edəcək. Və bir növ, Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) funksiyasını yerinə yetirəcək.

Lakin Qərb mediası, o cümlədən tanınmış analitik mərkəzlər bu fikirdədir ki, Putin dövlət çevrilişindən qorunmaq üçün şəxsi ordu yaradır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm