Səudiyyə Ərəbistanında terrorun qarşısı alındı
Bizi izləyin

Dünya

Səudiyyə Ərəbistanında terrorun qarşısı alındı

Səudiyyə Ərəbistanında terror hadisəsinin qarşısı alınıb.

Publika.az-ın xarici mətbuata istinadən yaydığı məlumata görə, bu barədə Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi bəyanat yayıb.

Nazirliyin xəbərinə görə, təhlükəsizlik qüvvələrinin profilaktik tədbirləri nəticəsində ölkədə terror aktının həyata keçirilməsinin qarşısı alınıb.

Məlumatda bildirilir ki, Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri terror aktı həyata keçirmək istəyən iki şübhəli şəxsi vaxtında zərərsizləşdirməyə müvəffəq olub. Asayiş keşikçiləri ölkənin cənub-qərbindəki Asir əyalətində iki şübhəli şəxsin idarə etdiyi avtomobilin müəmmalı yerdəyişməsini müşahidəyə götürüblər. Daxili İşlər Nazirliyinin məlumatına görə, maşınlardan birində partlayıcı maddənin qoyulması ehtimal edilib.

Avtomobillərin sürücüləri təhlükəsizlik qüvvələrinin onları izlədiyini gördükdə gizlənməyə çalışıblar. Hər iki şəxs təslim olmaqdan imtina edib və təhlükəsizlik qüvvələrinə silahlı müqavimət göstərməyə başlayıblar.

Şübhəli şəxslərin hər ikisi polislə atışma zamanı öldürülüb.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm