Dünya
Türkiyə prezidenti yenə ağladı - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qatıldığı toplantılardan birində göz yaşların hakim ola bilməyib. ANS PRESS-in məlumtına görə, prezident 8-ci beynəlxalq iş sağlamlığı və təhlükəsizliyi konfrası zamanı analar günü münasibəti ilə deyilən “Əlvida ana” şeirindən təsirlənib.
Dənizçilik və kommunikasiya naziri Binalı Yıldırım, energetika naziri Berat Albayrak, əmək və sosial təhlükəsizlik Naziri Süleyman Soylu ilə İstanbul valisi Vasip Şahin də yer aldığı konfransda şeiri aparıcı və şair İbrahim Sadri səsləndirib. Şeirdən həddindən artıq təsirlənən Rəcəb Tayyib Ərdoğan şeir bitdikdən sonra İbrahim Sadri ilə görüşüb.
“İbrahim Sadri qardaşımızın hisləri təzələyən şeiri, bizləri, xüsusəndə anası olmayanları, fərqli aləmlərə apardı. Məndə onlardan biriyəm. Bilirəm, bu dəqiqə anası əbədiyyətə qovuşmuş bütün qardaşlarımız üzüntüsü eynidir”,- deyə prezident İbarhim Sadriyə səmimi fikirlərini bildirib. Şeir səslənən zaman Rəcəb Tayyib Ərdoğan göz yaşalarına hakim ola bilməyərək ağlayıb.
Rəcəb Tayyib Ərdoğanın anası Tənzilə Ərdoğan 2011-ci ilin oktyabrında 83 yaşında vəfat edib. Tənzilə Ərdoğan öd kisəsindən əməliyyat edilmişdi. Əvvəlcə vəziyyəti düzələn xanım Ərdoğanın səhhəti qəflətən pisləşib və o, dünyasını dəyişib.
Analar günü – anaların şərəfinə keçirilən beynəlxalq bayramdır. Həmin gün beynəlxalq qadınlar günündən fərqli olaraq, anaları və hamilə qadınları təbrik etmək qəbul olunub. Bir çox ölkələrdə bu gün müxtəlif günlərə təsadüf edilir. Ümumiyyətlə, dünyada "Analar günü" may ayının ikinci bazar günü qeyd edilir.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı