Dünya
Əsədlə Obamanı birləşdirən ÖLÜM PLANI
“Əsəd rejimi ilə Rusiya yeni ölüm planı quraraq, bunu
həyata keçirmək istiqamətində işə başlayıb. ABŞ isə buna göz
yumaraq, dolayısı ilə dəstəkləyir”.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin
“Haber7” saytının yazarı Taha Dağlı yazıb.
“Əsədlə Obamanı birləşdirən ölüm planı” başlığı
ilə yayımlanan məqalədə müəllif qeyd edir ki, şəhər, qəsəbə və
kəndlərdə bazar meydanlarını bombalayan Əsəd rejimi ilə Rusiya 3
həftədir mülki əhalini köçməyə məcbur edir: “İlk hücumlar Hələbdə
bazar meydanında oldu. Yüzlərlə insan öldürüldü. Bir həftə sonra
Rusiya təyyarələri xəstəxananı bombaladı, 63 nəfər öldü. Hücumlar
xüsusilə Hələb və İdlibdədir. Məqsəd burada qətliamlardan qaçan
xalqın Türkiyə sərhədinə doğru axın etməsidir. Köçməyə məcbur olan
xalqın Türkiyə sərhədlərinə yaxın ərazilərdə sığındıqları
düşərgələr də ötən həftənin şənbə günü bombalandı. 60 nəfər həlak
oldu. Əsəd rejimi xalqa “məndən qaça bilməyəcəksini” mesajını
verir. Maraqlıdır ki, Əsəd rejiminin strateji plan əsasında
törətdiyi yeni qətliamlar Rusiyanın Türkiyə sərhədi üzərində
təzyiqləri artırdığı bir vaxta təsadüf edir. Bəs, Əsəd və Rusiyanın
qurduğu bu planda Amerika hansı rolu üzərinə götürür?”.
Müəllif yazır ki, Türkiyə 2012-ci ildən bəri “uçuşa qadağan olunmuş
bölgə” məsələsində üzərində israr edir.
“Əgər bu məsələ öz həllini tapsaydı, Əsəd qətliamlardan qaçaraq,
Türkiyə sərhədinə yaxın ərazilərdəki düşərgələrdə yerləşən xalqı
bombalaya bilməyəcəkdi. Yəni Suriya xalqı ən azından miqrant
düşərgələrində rahat yaşaya biləcəkdi. Lakin Amerika illərdir
Türkiyənin irəli sürdüyü bu plana qarşı çıxır və hələ də qarşı
çıxmaqda davam edir. Avropa Birliyi də bu məsələdə ABŞ-la eyni
tərəfdə idi. Amma miqrant problemindən sonra Avropa bir qədər
yumşaldı, xüsusilə Almaniya kansleri Merkel bunu dəstəklədi. Obama
isə yox deməkdə israr edir. O, ötən həftə önünə gətirilən “uçuşa
qadağan olunmuş bölgə”, yaxud “təhlükəsiz bölgə” adlanan planı bir
daha rədd etdi. Belə bir vəziyyətdə ABŞ-ın Rusiya qarşısında geri
çəkildiyi deyilir. Lakin Obamanın qarşı çıxdığı məsələ Əsəd rejimi
ilə ABŞ prezidentinin ortaq hədəfə vurduqları görüntüsü yaradır”, -
deyə müəllif bildirir.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi