Dünya
Kremlin şok Krım planı: “Onlar istəyirlər ki...”
“Krımın işğal hakimiyyəti yarımadanın yerli əhalisinin deportasiyasını planlaşdırır”.
Publika.az xəbər verir ki, bu haqda biznesmen, Krımın blokadası hərəkatının koordinatoru Lenur İslyamov bildirib.
Onun sözlərinə görə, plan çox sadədir: “Krım tatarlarının kütləvi etirazlarını təhrik etmək. Bu isə onların ölkədən qovulması üçün əsaslar verəcək. Onlar istəyirlər ki, xalq küçələrə çıxsın və kütləvi həbslər üçün əsaslar yaransın. Faktiki olaraq yeni deportasiyadan söhbət gedir”.
Qeyd edək ki, Krım vilayət məhkəməsi tatar azlığını təmsil edən Krımı Tatar Məclisini aprelin 26-da “ekstremist təşkilat” kimi tanıyıb və fəaliyyətini qadağan edib. Məclis ekstremist fəaliyyətlə məşğul olduğu iddia edilən mülki və dini təşkilatlar siyahısına salınıb.
İslyamovun sözlərinə görə, Krımın baş prokuroru Natalya Poklonskaya saxlanılan tatarları “terrorçu” elan edir. O, qeyd edib ki, Krımda vətəndaş hakimiyyəti planında mütləq qanunsuzluq və mütləq anarxiya baş verir.
İslyamov bildirib ki, Krım Tatar Məclisi hazırda Rusiyanın SWIFT maliyyə sistemindən (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) kənarlaşdırılması üçün ABŞ-dakı müttəfiqləri ilə danışıqlar aparır.
Ömər Dağlı
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi