İŞİD fövqəladə vəziyyət elan etdi
Bizi izləyin

Dünya

İŞİD fövqəladə vəziyyət elan etdi

“İslam dövləti” (İŞİD) terror qruplaşması de-fakto paytaxtı və Suriyadakı əsas qalası olan Rakka şəhərində fövqəladə vəziyyət elan edib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda beynəlxalq koalisiyanın nümayəndəsi polkovnik Stiven Uorren bildirib.

Amerikalı polkovnikin sözlərinə görə, İŞİD Rakka ətrafında gücləri yenidən qruplaşdırır, şəhərdə aviazərbələr və quru hücum zamanı potensial hədəfləri olacaq obyektləri möhkəmləndirməyə çalışır.

O, əlavə edib ki, silahlı Suriya müxalifətinin yerdəyişmələri Rakka ərazisində toplanan İŞİD döyüşçülərini reaksiya verməyə məcbur edir.

Öz növbəsində Amerika CNN telekanalı qeyd edir ki, ABŞ İŞİD lideri Əbubəkr Əl-Bağdadinin Rakkada olmasını təsdiq etmir. Ancaq ABŞ-ın bəzi rəsmi şəxsləri daha əvvəl bildirirdilər ki, İŞİD liderinin “paytaxt”da olması mümkün versiyalardan biri kimi qüvvədədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm