Dünya
11 sentyabr yenidən baş verəcək – LAYİHƏ
Tailandda yaşayan Amerika mənşəli biznesmen Paul Seylo Nyu-Yorkda 11 sentyabr 2001-ci ildə həyata keçirilən terror aktlarının modelini hazırlamağı təklif edib.
Publika.az xəbər verir ki, bu haqda “The Daily Mirror” nəşri yazıb.
Seylo izah edib ki, bunun üçün təmirə dayandırılan “Boinq-747” və ya analoji texniki xarakteristikaları olan təyyarə, həmçinin kənd yerində boş göydələnlər lazım olacaq. Onun fikrincə, layner saatda təxminən 800 kilometr sürətlə binaya girməlidir.
Biznesmen hücum haqqında şübhələrə son qoymaq niyyətindədir: “Əgər bundan sonra göydələndə sadəcə tüstülənən deşik yaranırsa, deməli hər şey saxta idi. Bu nəticə kimisə məyus edəcək, amma biz baş verənləri bilməyə layiqik”.
Biznesmenin hesablamalarına görə, layihənin reallaşdırılmasına 1 milyon funt-sterlinq (1,4 milyon dollardan yuxarı) lazım olacaq. O, bu vəsaiti tamaşaçılara bilet satmaqla toplamağı planlaşdırır. Xüsusi halda, Seylo “terror aktı”nı ilk sırada izləməyi arzulayanlara biletləri 5 min dollara satmağa hazırlaşır.
Rəsmi məlumatlara görə, 11 sentyabr 2001-ci ildə “Əl-Qaidə” terror qruplaşmasının 19 terrorçusu dörd təyyarə tutub. Onlar iki layneri Nyu-York Ümumdünya ticarət mərkəzinin binalarına çırpıb, birini Pentaqonun binasına yönəldiblər, daha biri isə Pensilvaniya ştatında düşüb. Təxminən 3 min nəfər hücumların qurbanı olub.
“The Daily Mirror” qeyd edir ki, terror aktı ilə əlaqədar müxtəlif konspiroloji nəzəriyyələr mövcuddur. Onlardan birinə görə, ticarət mərkəzinin binaları təyyarələrin çırpılmasından belə tez dağıla bilməzdi.
Ömər Dağlı
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi