Dünya
Qorbaçov “qara siyahı”ya cavab verdi
Keçmiş SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov indiki hakimiyyət dövründə Ukraynaya getməyəcək.
Publika.az xəbər verir ki, siyasətçi bu haqda “İnterfaks” agentliyinə bildirib.
“Kiyevdə indiki hakimiyyət qaldığı dövrdə Ukraynaya səfərlə bağlı heç bir planım yoxdur”, - o, deyib.
Qorbaçov qeyd edib ki, ona qarşı yönələn hücumlara diqqət vermir: “Mən bu halda məşhur atalar sözünü yada salıram: “İt hürür, külək vıyıldayır və karvan gedir”. Mən təbii ki, hücumlara diqqət vermədən öz işimlə məşğul olacağam”.
Sosial-iqtisadi və siyasi tədqiqatlar Fondunun prezidenti həmçinin fondun xaricdən maliyyələşdirilməsi barədə səsləndirilən ittihamları “cəfəngiyat” adlandırıb.
“Mən hər şeyi mühazirələrdən qazanırdım. İndi, təəssüf ki, sağlamlıq vəziyyətinə görə bütün ölkələrdən gələn təklifləri qəbul edə bilmirəm. Buna görə də mən və fond əvvəlki mühazirələrimdən gələn vəsaitlə yaşayırıq”.
Qeyd edək ki, Ukraynanın “Xalq Cəbhəsi” Partiyasından olan deputatı Anton Qeraşenko Mixail Qorbaçovun Ukraynada “qara siyahı”ya daxil ediləcəyini bildirib: “Bizdə Ukraynanın ərazi bütövlüyünün pozulmasına çağırış edən şəxslərin siyahısı var. Məsələn, Rusiyanın Liberal Demokratik Partiyasının partiyanın lideri Vladimir Jirinovski. Mən Ukrayna Təhlükəsizlik Xidmətinə həmin siyahıya Qorbaçovun adının daxil edilməsini təklif edəcəyəm”.
Daha əvvəl isə “The Sunday Times”ə müsahibə verən Qorbaçov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Krımın Rusiyaya birləşdirilməsi haqqında qərarını dəstəkləyir. SSRİ-in sabiq prezidentinin sözlərinə görə, Putinin yerində olsaydı eyni qərarı verərdi: “Mən həmişə xalqın azad iradəsi ilə Krımın yenidən Rusiya ilə birləşməni istəmişəm”.
Ömər Dağlı
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri