Dünya
Azərbaycanlı iş adamının Türkiyəni tərk etməsinə səbəb olan GİZLİ MƏKTUB
Hazırda ABŞ-da həbsdə olan İranın Azərbaycan əsilli iş
adamı Rza Zərrabın Amerikaya getməsinə səbəb ortağı Babək
Zəncanidən aldığı gizli məktub olduğu iddia olunur.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki,
Vaşinqton, Nyu-York və Ankarada fərqli mənbələrdən əldə edilən
məlumatlarda R. Zərrabın ABŞ-a şüurlu olaraq getdiyi deyilir.
Məlumatlara görə, onun həbs olunduğu ABŞ-a getmək qərarını
verməsinə üç məsələ səbəb olub.
1. Ən böyük səbəb kimi ortağı Babək Zəncanin edama məhkum edilməsi
və İrandan ona qarşı təhdidlər göstərilir. Məlumata görə, İranda
edama məhkum olunan Zəncani Zərraba gizli məktub göndərərək ondan
pul tələb edib və bildirib ki, əgər pullar İrana çatdırılsa,
edamdan yaxasını qurtara bilər. Zərrab da bu məktubdan sonra ABŞ-a
getmək qərarını verir.
2. İddialar var ki, Zərrab Dubaydakı ticarətinə görə bu ölkəyə
tez-tez gedib-gəlirmiş. Daha sonra məlumat alıb olub ki, Dubayın
əmiri, eyni zamanda, ABŞ-a yaxınlığı ilə seçilən Maktum ailəsi onu
gizli şəkildə tutaraq, ABŞ-a təslim edəcək.
3. Üçüncü səbəb kimi artıq Türkiyədə də ona inamın azalması
göstərilir. Zəncaninin edama məhkum olmasından sonra onun
ətrafındakı halqa daralmağa başlayıb. İddialar var ki, İrandan
gələn bir qrup ona sui-qəsd edəcəkmiş. O da sui-qəsddən qurtulmaq
üçün ABŞ-la razılığa gələrək, bu ölkəyə gedib.
İddialara görə, o, amerikalı rəsmilərlə əvvəlcədən danışıqlar
aparıb və ABŞ-da həbs olunacağını bilirmiş. Onun həbsi də hansısa
qarşılıqlı razılıq əsasında olub.
Asif
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO