Dünya
Medvedev: “Müxtəlif siyasi güclər Nadejdadan istifadə edə bilər” - VİDEO
“Azad edilmiş Ukrayna təyyarəçisi və xalq deputatı Nadejda Savçenko ehtimal ki, siyasətdə öz fəaliyyətini davam etdirəcək”.
Publika.az xəbər verir ki, bunu “Obozrevatel” kanalının birbaşa yayımında Ukrayna prezidenti Pyotr Poroşenkonun ştatdankənar məsləhətçisi Oleq Medvedev deyib.
“Çətin ki, Nadejda Silahlı qüvvələrə xidmətə qayıdacaq. Çünki həyat və qəhrəman tarix onun statusunu dəyişdirdi. Düşünürəm ki, o, öz yerini siyasətdə görür”, - Medvedev bildirib.
O, həmçinin qeyd edib ki, müxtəlif siyasi güclər siyasi təcrübəsi olmayan, amma etibarın yüksək səviyyəsi olan Nadejdadan istifadə edə bilərlər.
Medvedev vurğulayıb ki, Savçenkonun məşhurluğu “Batkivşina” fraksiyasında toqquşmalar və gərginlik doğurub: “Çünki, fraksiyanın fikrincə, onların əsas ulduzu Yuliya Timoşenko olaraq qalmalıdır. Nadejda Savçenko “Batkivşina”da namizədlərin seçki siyahısında ilk yerdə idi. Amma görünür, Yuliyanın öz nöqteyi-nəzərindən o, birinci nömrədir. Düşünürəm ki, bu, partiya daxilində müəyyən toqquşmalara və gərginliyə səbəb olacaq”.
Qeyd edək ki, Ukrayna Ali Radasının üzvü, pilot Nadejda Savçenko bu gün keçirdiyi mətbuat konfransında Ukrayna prezidenti olmağa hazır olduğunu bildirib: “Ukraynalılar, sizə lazımdır ki, mən prezident olum? Yaxşı, mən prezident olacağam. Mən uçmağı sevirəm. Amma əgər prezident olmaq lazımdırsa, mən bunu edəcəyəm”.
Xatırladaq ki, Donetsk vilayətində rusiyalı jurnalistləri öldürməkdə ittiham olunan Savçenko mart ayında Rusiya məhkəməsi tərəfindən 22 il azadlıqdan məhrum edilmişdi. O, mayın 25-də Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə azad edilib.
Elə həmin gün Ukrayna prezidenti Pyotr Poroşenkonun saytında petitsiya yerləşdirilib. Onlar Poroşenkodan postunu Savçenkoya güzəştə getməyi istəyiblər. “Məhz belə insanlar dövlətimizi idarə etməlidir”, - müraciətin müəllifləri yazıblar.
Ömər Dağlı
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?