Türkiyə şirkətləri Liviyaya qayıdır – FOTOLAR
Bizi izləyin

Dünya

Türkiyə şirkətləri Liviyaya qayıdır – FOTOLAR

Türk şirkətləri yenidən Liviyaya qayıdır.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Liviyaya səfəri zamanı keçirdiyi görüşdə bildirib.

Nazir deyib ki, “ərəb baharı” böhranı səbəbindən Türkiyə şirkətlərinin Liviyada yarımçıq qalmış 18.5 milyard dollarlıq layihələri var:

“Liviyanın Trablus və Tobruk şəhərlərində milyardlıq layihələr yarımçıq qalıb. Trablusda 2 ildən sonra Türkiyənin diplomatik nümayəndəliyinin yenidən fəaliyyətə başlaması yarımçıq qalan bütün layihələrin tamamlanmasına və əməkdaşlığın genişlənməsinə gətirib çıxaracaq”.

Səfər zamanı M.Çavuşoğlu Liviyanın Baş naziri Fayiz es-Sirac ilə də görüşüb. Bu görüş zamanı isə türkiyəli nazir bildirib ki, Türkiyə ilə Liviya arasında enerji və tikinti-inşaat sahələrində qarşılıqlı əməkdaşlıq haqqında sənəd imzalanıb:

“İki ölkə arasında başda enerji sahəsi olmaqla, tikinti, inşaat, hava limanlarının salınması və sairə sahələrdə əməkdaşlıq sənədi imzalanıb. Çox təəssüf ki, bütün bu işlər Liviyada məlum vətəndaş müharibəsindən sonra yarımçıq qalmışdı. Ancaq indi Liviyada vəziyyət artıq sabitləşdiyi üçün Türkiyə şirkətlərinə məxsus 304 layihənin icrasına yenidən başlanılacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm