Dünya
Dünyanın gözü Almaniyada! “Erməni soyqırımı” qəbul ediləcəkmi?
Almaniya parlamenti (buntestaq) bu gün Berlin-Ankara münasibətlərinə böyük zərbə vuracaq qanunu qəbul edə bilər.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bundestaq 1915-ci ildə Osmanlı imperiyasının ərazisində baş verən hadisələri “erməni soyqırımı” olaraq tanıyan qanun layihəsinə səs verəcək.
Qanun layihəsinin müəllifləri hökumət koalisiyasında yer alan Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı (CDU/CSU) ilə Yaşıllar Partiyasıdır. Yerli vaxtla saat 11:10-da başlayacaq müzakirələr üçün 1 saat vaxt nəzərdə tutulub.
Almaniya kansleri Angela Merkel qondarma “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin səsverməsində iştirak etməyəcək. Bundan başqa, xarici işlər naziri Frank-Valter Ştaynmayer və baş nazirin köməkçisi, Alman Sosial Demokrat Partiyasının lideri Siqmar Qabrielin də səsverməyə qatılmayacaqları bildirilir.
Ermənistan prezidenti Serj Sarkisyan Almaniyanın “Bild” qəzetinə verdiyi müsahibəsində alman millət vəkillərini qanun layihəsinə səs verməyə, Türkiyənin təzyiqlərinə boyun əyməməyə çağırıb.
Onun sözlərinə görə, Avropa miqrant problemində Türkiyəyə güvənməməlidir: “Məncə, Avropa gözlərini bağlayaraq Ərdoğana güvənməməli, miqrant problemi üçün özü həll yolları tapmalıdır”.
Sarkisyan Türkiyə və Ermənistan arasında imzalanan Sürix protokollarına da məhz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən veto qoyulduğunu deyib.
Ömər Dağlı
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video






















.jpg)












