Dünya
ABŞ-dan Beynəlxalq Cinayət Məhkəməsinə qarşı görünməmiş addım
ABŞ prezidenti Donald Tramp administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar hazırlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Nəşrə danışan mənbələr bildiriblər ki, sanksiyalar paketinin tətbiqi ilə bağlı dəqiq tarix hələ müəyyən edilməyib. İndiyədək Vaşinqton yalnız BCM-in ayrı-ayrı hakim və prokurorlarına qarşı fərdi məhdudiyyətlər tətbiq edib. Yeni paket isə ilk dəfə olaraq məhkəmənin bütün fəaliyyətini əhatə edə bilər.
ABŞ Maliyyə Nazirliyi BCM-i sanksiya siyahısına daxil edərsə, amerikalı vətəndaş və şirkətlərə xüsusi lisenziya olmadan məhkəməyə maliyyə, mal və xidmət göstərmək qadağan ediləcək. Məhdudiyyətlərin bank əməliyyatları, sığorta, informasiya sistemləri, məlumatların saxlanması və əməkdaşların maaşlarının ödənilməsinə də təsir göstərə biləcəyi bildirilir.
Sanksiyaların ABŞ-dan kənardakı şirkətlər üçün də dolayı nəticələri ola bilər. Dollar sistemindən geniş istifadə edilməsi səbəbindən bəzi xarici bank və şirkətlərin ikinci dərəcəli risklərdən ehtiyat edərək BCM ilə əməkdaşlıqdan çəkinə biləcəyi qeyd olunur.
Müəllif: Roza
-
Nida Xəbər 18:12“Birliyin Gücü - 2026”nın açılışı oldu - FOTO/VİDEO
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı





















.jpg)












