Türkiyə Almaniyaya qarşı hərəkətə keçdi
Bizi izləyin

Dünya

Türkiyə Almaniyaya qarşı hərəkətə keçdi

Almaniyanın qondarma “erməni soyqırımı”nı tanımasına cavab olaraq AKP Türkiyə Böyük Millət Məclisində təmsil olunan bütün partiyaların qınaması təklifi ilə çıxış edib.

Publika.az xəbər verir ki, parlamentdə təmsil olunan bütün partiyalar bu təkliflə razılaşıb. Təkcə HDP imza atmaqdan imtina edib.

Buna baxmayaraq, TBMM Almaniyaya qarşı bəyanat hazırlamaq qərarını verib.

Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş isə Almaniya Bundestaqının verdiyi qərarın heç bir hüquqi əsasının olmadığını deyib.

“Almaniya Bundestaqının qondarma bir iddianı “soyqırımı” kimi qəbul etməsi tarixi bir səhvdir. Bu Almaniya-Türkiyə münasibətlərinə uyğun deyil və münasibətlərə ciddi zərər verəcək. Türkiyə üçün bu qərarın heç bir hökmü yoxdur. Bu məsələ siyasətçilərin, yaxud parlamentin deyil, tarixçilərin araşdırmalı olduğu məsələdir. Türkiyə olaraq bu qərarı lazımi cavab verəcəyik”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm