Prezidentdən iftar QADAĞASI
Bizi izləyin

Dünya

Prezidentdən iftar QADAĞASI

Kafe və restoranlar, həmçinin məscidlərdən iftar süfrələrinin açılması üçün istifadə oluna bilməz.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qadağa Özbəkistan rəhbərliyi tərəfindən tətbiq edilib.

Qadağaya görə, Özbəkistan vətəndaşları oruc tutan qonaqlarını yalnız evlərinə çağıra bilər.

Müsəlman İdarəsinin sədr müavini, şeyx Əbdüləziz Mənsur isə bildirib ki, qadağa dövlət siyasəti ilə bağlı deyil. Onun sözlərinə görə, qərar islamın tarixi nəzərə alınaraq qəbul edilib.

“İnsanlar Məkkədə iftarı açırlar. Çünki onların öz evləri yoxdur. Amma bizim vətəndaşlarımızın öz evləri var. İftar süfrəsi əvvəllər qayğıya ehtiyac olan, aclıq çəkən insanlar üçün təşkil edilirdi. İndi iftar təntənəyə çevrilib. Biz xalqa izah etməyə çalışırıq ki, bunun insanlara heç bir faydası yoxdur”, - şeyx deyib.

Restoranlardan birinin sahibi hesab edir ki, insanlar üçün restoranlarda iftar daha rahatdır.

Xatırladaq ki, Özbəkistan prezidenti İslam Kərimov ötən illər də eyni qadağanı tətbiq edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm