“Bu, İŞİD-in dəyirmanına su tökməkdir” – Klintondan “din müharibəsi” şərhi
Bizi izləyin

Dünya

“Bu, İŞİD-in dəyirmanına su tökməkdir” – Klintondan “din müharibəsi” şərhi

“Öz nitqimdən terrorçuların motivasiyasına uyğun olaraq “radikal islam” ifadəsini çıxarmağa hazırlaşmıram”.

Publika.az xəbər verir ki, bu haqda ABŞ-ın Florida ştatında ötən gün həyata keçirilən terror hücumunu şərh edən keçmiş dövlət katibi Hillari Klinton CNN-ə müsahibəsində bildirib.

Amma o, xəbərdarlıq edib ki, hadisəni bütövlükdə “din müharibəsi” elan etmək lazım deyil.

“Mən demaqoqluqla məşğul olmaq və hadisəni bütövlükdə din müharibəsi elan etmək üçün heç nə etməyəcəyəm. Çünki hesab edirəm ki, bu, təhlükənin qarşısının alınması üzrə səylər üçün təhlükəlidir. Bu, İŞİD-in dəyirmanına su tökür”, - Klinton əlavə edib.

Klinton bununla da respublikaçı rəqibi, milyarder Donald Trampın prezident Barak Obamaya kəskin hücumlarına qarşı çıxıb. Trampın sözlərinə görə, Obama terrorçuları müsəlman adlandırmaqdan şüurlu olaraq çəkinir, çünki terrorizm problemini anlaya bilmir.

Qeyd edək ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubuna ötən gün hücum olub. Hücumda 50 nəfər ölüb, 53-ü yaralanıb. Gecə klubuna hücum edən əfqan əsilli Ömər Matinin İŞİD terror təşkilatı ilə əlaqəsinin olduğu bildirilir. Qruplaşma verdiyi açıqlamasında hücuma görə məsuliyyəti üzərinə götürüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm