Dünya
Rusiyanın daha bir "Krımı" -Video
Aprelin 6-da Rusiyanın Uzaq Şərqindəki Xabarovsk vilayətinin də
Rusiyaya “birləşdirilməsi” ilə bağlı aksiya keçirilib. Publika.Az
Azadlıq radiosu"na istinadən xəbər verir ki, şəhər rəhbərliyi ilə
razılşadırılmış mitinq Xabarovskdakı mərkəzi meydanlardan birində
keçirilib.
Aksiya iştirakçılarının əlində “Rusiya tərkibindəki Xabarovsk
uğrunda” , «Moskva mənim paytaxtımdır», «Xabarovsk –Uzaq Şərqin
Krımı”», «Rusiyada yaxşıdır, bəs Xabarovskda?» şüarlarının
yazıldığı plakatlar olub.
Mitinqin məqsədi diqqəti Rusiyanın regionlarında real vəziyyətə
yönəltmək olub.«Krımla bağlı deyilir ki, Rusiyada həyat şəraiti çox
yüksəkdir, amma bizim vilayətə baxmaq lazımdır, biz tamamilə başqa
mənzərəni görürük. Bu səbəbdən də biz Xabarovsk vilayətinin xoşbəxt
və sabit inkişaf edən Rusiyaya birləşdirilməsini istəyirik” deyə
mitinq təşkilatçılarından biri olan “Birləşmiş Kommunist
Partiyası”nın nümayəndəsi olan Vladimir Avramçuk bildirib.
Çıxışçılardan biri isə vilayət sakinlərini «Rusiya əhalisinin parçalanmaya getdiyi barədə təbliğatları dayandırmamağa” və birlikdə Putinə, onun yalan siyasətinə qarşı mübarizə aparmağa çağırıb.
Rusiyanın Kirov şəhərində də sosial vəziyyətin ağırlığı ilə
bağlı etiraz aksiyası keçirilib. 200 nəfərin iştirak etdiyi
mitinqdə etirazçılar kommunal xidmətlərin bahalaşmasının
dayandırılmasını, pulsuz təhsil və səhiyyəyə keçilməsini tələb
ediblər.
Mitinqdə Moskva vilayətindən, Omskdan, Tümendən və Rusiyanın
müxtəlif regionlarından olan nümayəndələr iştirak edib.
Aydəmir
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?