Rusiyada təyyarə yoxa çıxdı
Bizi izləyin

Dünya

Rusiyada təyyarə yoxa çıxdı

Rusiyanın İrkutsk vilayətində İL-76 təyyarəsi yoxa çıxıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, təyyarə ilə əlaqə meşə yanğınlarını söndürən zaman kəsilib.

“Saat 6:30-da təyyarənin ekipajı xilasedicilərlə əlaqəyə çıxmalı idi, amma bu olmadı”, - Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, təyyarənin göyərtəsində 10 nəfərdən ibarət ekipaj olub. Təyyarə yanğın tüstüsünün çox olduğu ərazidə itib. Təyyarənin axtarışlarına Moskvadan xilasedicilər uçub.

Qeyd edək ki, İL-76 ötən əsrin yetmişinci illərində hazırlanan nəqliyyat təyyarəsidir. Fövqəladə Hallar Nazirliyinin arsenalında bu təyyarələrin bütöv parkı var. Təyyarələrdən insanlar və yüklərin daşınması, həmçinin fövqəladə hallarda kəşfiyyatın aparılması üçün istifadə edilir.

Hazırda təyyarənin axtarışları ilə səkkiz təyyarə və vertolyot məşguldur.

Ekoloqlar iddia edirlər ki, Rusiya hakimiyyəti təhlükəli yanğın mövsümünə hazır deyil. Onların sözlərinə görə, aprelin ortalarından 3,5 milyon hektar meşə sahəsi yanıb. Ekoloqlar xəbərdarlıq edirlər ki, əsas problemlər hələ irəlidədir, iyulda ölkənin Avropa hissəsi yanmağa başlayacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm