Dünya
Almaniyadan Ankaraya təhdid: “Əks halda...”
Almaniya alman millət vəkillərinin İncirlik hərbi bazasına ziyarətinə icazə verməyən Ankaranı təhdid edib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Almaniya parlamentinin (Buntestaq) müdafiə komissiyasının sədri Volfqanq Hellmiç NATO missiyası çərçivəsində Türkiyənin hava müdafiəsinə dəstək vermək üçün nəzərdə tutulan AWACS kəşfiyyat təyyarələri və alman əsgərlərinin Türkiyəyə göndərilməsinə mane olacaqlarını deyib.
O, missiyanın həyata keçirilməsi üçün Almaniya parlamentinin razılığının şərt olduğunu xatırladıb. Komissiya sədri Türkiyənin növbəti dəfə alman millət vəkillərinin İncirlik ziyarətinə icazə verməyəcəyi halda parlamentin bu missiyanı təsdiqləməyəcəyini dilə gətirib.
NATO Varşavada keçirilən sammitində İŞİD terror təşkilatına qarşı əməliyyatlara erkən xəbərdarlıq sisteminə malik AWACS təyyarələrinin cəlb edilməsi barədə qərar qəbul etməlidir.
Qeyd edək ki, AWACS təyyarələri alyansın birbaşa tabeçiliyində olan yeganə hərbi qüvvədir. Bu təyyarələr bir neçə min kilometr məsafədə hava məkanına nəzarət edir və olduqca böyük yüksəklikdən uçmaqla hər hansı hava hücumundan müdafiə sistemlərinə yaxalanmır. AWACS təyyarələrinin 16 nəfərlik ekipajının 30 faizini Almaniya ordusu təmin edir.
Ömər Dağlı
-
Magazin123:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin121:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC
-
İdman19:36Bu ölkənin prezidenti Formula 1-də fotoqraf kimi çalışır
-
Ekologiya19:24Bu ərazilərdə temperatur 3-4 dərəcə enəcək


































